Bakıda boşanmaq istəyən qadını qaçırdılar - ANBAAN VİDEO
Sosial şəbəkələrdə Bakının Binəqədi rayonunda qadının qaçırılması ilə bağlı görüntülər yayılıb.
Hadisə rayonun, 9-cu mikrorayon ərazisində qeydə alınıb. Görüntülərdən aydın olur ki, 3 nəfər qadını zorla “Opel” markalı avtomobilə mindirirlər.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qadını zorla maşına mindirən şəxslər onun ailə üzvləridir.
Qeyd edək ki, faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.