Bakıda bu ərazilərdə “Wi-Fi” xidməti dayandırılır

Bu gündən Bakıda 14 ərazidə “ictimai Wi-Fi” xidməti dayandırılır. Xidmətin dayandırılmasını isə vətəndaşlar birmənalı qarşılamır.


Məsələ ilə bağlı “Bakı Telefon Rabitəsi” MMC-nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Alidə Mustafayeva ilə əlaqə saxladıq.

Onun sözlərinə görə, təmsil etdiyi qurum bununla bağlı monitorinq aparıb. Belə qərara gələnib ki, aktiv istifadə olunmayan ərazilərdə “ictimai Wi-Fi” xidməti dayandırılsın.

İnternet məsələləri üzrə ekspert Əflatun Məmmədovun fikrincə, hər hansı bir xidmət müəyyən məkanda dayandılırsa, bunun səbəbləri açıq şəkildə göstərilməlidir.

Qurum rəsmisi həmçinin qeyd edib ki, 3 ərazidə “ictimai Wi-Fi” xidmətinin fəaliyyətinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Bu ünvanlar isə Dənizkənarı Milli Park, Dövlət Bayraq Meydanı, Heydər Əliyev Mərkəzinin parkıdır.

Semral Cavad
Kamran Namazov
APA TV


 

Müəllif | Apa.Tv
Apa.tv