Bakıda bu kənddə hamı ayağına sellofan keçirib gəzir
Qaynar xətimizə ünvanlanan şikayətin izi ilə gəlib çıxmşıq Xəzərə rayonu, Qala Stansiyası adlanan əraziyə. Əraziyə gəldik və yolların bərbad vəziyyətdə olmasının şahidi olduq. Yağış yağar-yağmaz yollarda bu vəziyyət yaranır. Özü də bu əsas yoldur.
Baharda qış havasını yaşayırıq. Son günlər havaların soyuq, yağışlı keçməsi Qala Stansiyası adlanan ərazidə sakinlərin həyat şəraitini daha bərbad hala salıb. Uzun sözün qısası, azca çiskin kifayət edir ki, hər gün bu yolla hərəkət edənlərin düşdüyü durumu anlayasan.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, adıçəkilən yol bu il təmir olunacaq yollar siyahısına salınmayıb: “İcra hakimiyyətləri təqdimat verməlidirlər ki, bu yollar təmir olunsun. Həmin yollar da təmir olunması üçün növbəti ilin investisiya planına daxil edilməlidir. Qala qəsəbəsində Qala-Şüvəlan yolu, “Bakavtomat” ərazisinin yolu, Xaçapuna bağ massivinin yolu və 500 metrlik Hövsan Südçülük Savxozunun yolu bu il təmir olunacaq.
Mətbuat katibi onu da əlavə etdi ki, Bakı şəhərində bu vəziyyətdə olan 2500 kilometr qəsəbədaxili yollar var. Məlum yerli icra hakimiyyətlərinin məsələyə biganəliyinin acı nəticəsini vətəndaşlar yaşayır. Görünür hələ bir müddət də bu məhəllənin sakinləri tozun-torpağın, selin-suyun içində itib-batacaqlar. Yeganə ümid yalnız qurbanolduğumadır.