Bakıda cərrah venasına iynə vuraraq özünü öldürüb

Azərbaycan Tibb Universitetinin gənc cərrahı vəfat edib. 

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, Universitetin Onkologiya kafedrasının cərrahı Sahibə Zeynalovanın ölümü ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

 

Belə ki, 41 yaşlı Sahibə Zeynalova yaşadığı evdə intihar edibmiş. O, venasına iynə vuraraq özünü öldürüb.

 

Hadisəni törədərkən cərrahın depressiv vəziyyətdə olduğu güman edilir. 

 

Həmçinin, Sahibə Zeynalovanın valideynləri uzun müddət əvvəl dünyasını dəyişib. O, evdə tək yaşayırmış.

 

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv