Bakıda “Chrysler” piyadanı vurub

Bakının Sabunçu rayonunda yol-qəzası zamanı bir nəfər xəsarət alıb.

APA TV xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Qarayeva Fəridə Yaqut qızı yolu keçərkən onu “Chrysler” markalı avtomobil vurub. 

Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırıb. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün avtomobilini cərimə meydançasına yerləşdirib. 

 

Müəllif | Apa.Tv
Apa.tv