Bakıda cibgirliklə məşğul olan keçmiş məhkum yaxalandı

Bakıda cibgirliklə məşğul olan şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Göyçay sakini, əvvəllər 6 dəfə  məhkum olunmuş Rövşən İsmayılov saxlanılıb.

 

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun paytaxt sakini Rəvan Rzayevin mobil telefonunu və daha bir qadının pul kisəsini oğurladığı da müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv