Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

Bakıda daha bir məktəbdə koronavirusa görə tədris müvəqqəti dayanıb. 

 

APA TV-nin məlumatına görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 106 saylı tam orta məktəb COVİD-19 səbəbilə karantinə bağlanıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədovun APA-ya verdiyi məlumata görə, bu günə qədər koronavirus səbəbindən BŞTİ-nin tabeliyindəki 2 məktəb karantinə bağlanıb.

 

Xatırladaq ki, Bakının Nərimanov rayonunda yerləşən 82 saylı məktəb də koronavirus səbəbindən karantinə bağlanıb. 

 

Müəllif | Apa.Tv
Apa.tv