Bakıda daha bir yeniyetmə YOXA ÇIXIB: bu qızı axtarırlar

Bakıda yeniyetmə qız itkin düşüb.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda yaşayan 13 yaşlı Balabəyli Leyla Elşad qızı mayın 20-i sat 18 radələrində yaşadıqları evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

Bu barədə onun anası Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciətində bildirib.

 

Onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv