Bakıda daha iki tələbə zəhərləndi - YENƏ QİDADAN

 

Bakıda iki tələbə qidadan zəhərlənib.

APA TV-nin məlumatına görə, 21 və 22 yaşında olan gənclər kirayə yaşadıqları evdə turşu yedikdən sonra səhətlərində problem yaranıb.

Təcili Tibbi Yardıma müraciət edən tələbələr 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Onlara lazımı tibbi yardım göstərilib, müalicələri davam edir.

Xatırladaq ki, 9 gün əvvəl - noyabrın 21-də Bakı Dövlət Universitetində (BDU) ali təhsil alan 3 qız tələbə də zəhərlənib.

Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb, 2-nin vəziyyəti isə müalicə nəticəsində yaxşılaşıb.

Müəllif | Apa.Tv
Apa.tv