Bakıda dalaşan qardaşları ayırmağa gedən polislər qəzaya düşdü - 6 YARALI

 

Sabunçu rayonunda yol qəzası baş verib.

APA TV-nin məlumatına görə, gecə saatlarında Zabrat qəsəbəsində Səid Armziyad qardaşı Süleyman Armziyadla əlbəyaxa dava edib.

Sabunçu Rayon Polis İdarəsinin hadisə yerinə gələn əməkdaşları hər iki şəxsi sərxoşluq testindən keçirmək üçün Post-Patrul Xidmətinin “Fiat” markalı avtomobili ilə müvafiq məntəqəyə apararkən qəza baş verib.

1985-ci il təvəllüdlü Daşqın Abbasovun idarə etdiyi “Fiat” “Veysəloğlu” MMC-yə məxsus “Mercedes” markalı yük avtomobilinə çırpılıb. “Fiat” və yük avtomobili zərbənin təsirindən aşıb.

Nəticədə “Fiat”da olan Daşqın Abbasov, polis əməkdaşı Bəhruz Qubadlı, Səid və qardaşı Süleyman Armziyad ağır, “Mercedes” markalı yük avtomobilindəki iki nəfər - 24 yaşlı Elməddin Cəlilli və Aydın Vəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Müəllif | Apa.Tv
Apa.tv