Bakıda dəhşət: nənə iki nəvəsini öldürüb özünü asdı

Bakıda dəhşətli qətl törədilib.

APA Tv-nin  xəbərinə görə, Nizami rayonu, Rüstəmov 74 ünvanında 57 yaşlı Nina Allahverdiyeva iki azyaşlı nəvəsini öldürəndən sonra özünü asaraq intihar edib.

Qadının nəvələrini bıçaqla qətlə yetirdiyi bildirilir. Qətlə yetirilən uşaqlardan birinin 6, digərinin isə 2 yaşı olub. Məlumata görə, hadisə baş verən zaman uşaqların valideynləri işdə olublar. 

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda bildirilir ki, Bakının Nizami rayonunda baş vermiş qətllə bağlı birgə məlumat yayıb., yanvarın 29-da saat 18 radələrində 6 yaşlı Alsu Pikulo və 2 yaşlı Marat Pikulonun üzərində zorakılıq əlamətləri olan meyitlərinin, nənələri 1963-cü il təvəllüdlü Nina Allahverdiyevanın isə asılmış vəziyyətdə meyitinin birgə yaşadıqları paytaxtın Nizami rayonu, Rüstəmov küçəsi, 74 saylı evin 2-ci mərtəbəsində yerləşən 59-cu mənzilində aşkar olunması barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspert briqadasının iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Hadisə yerinə baxış zamanı mənzildə olan əşyaların yerbəyer olmaqla tamlıqlarının pozulmaması və mənzilin giriş qapısının içəri tərəfdən kilidli olması müəyyən edilib, eyni zamanda meyitlərə baxış zamanı boğulmağa xarakterik izlərdən başqa digər xəsarət və ya xəsarət izləri aşkar olunmayıb.

İlkin istintaq fərziyyələri ilə Nina Allahverdiyevanın əvvəlcə nəvələrini kəndirlə boğaz nahiyələrindən boğmaqla öldürməsinə, daha sonra isə özünü kəndirlə asaraq intihar etməsinə əsaslı şübhələr yaranıb.

Cinayət işi üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv