Bakıda dəhşət: Qardaşının həyətinə qumbara atdı

Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə Maştağa qəsəbə sakini R.İsakovun xuliqanlıq zəminində qonşuluqda yaşayan qardaşı Rəşadın həyətinə qumbara atması barədə məlumat daxil olub. 

 

Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, partlayış nəticəsində evin pəncərə şüşələri sınıb, divarı zədələnib, yerin beton örtüyü dağılıb, xəsarət alan olmayıb.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsakov saxlanılıb.  

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv