Bakıda dəhşət: yük avtomobili piyadanın üstündən keçdi

Bakının Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir piyada ölüb.

 

APA TV xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

 

Quba rayon sakini, 1958-ci il təvəllüdlü Zakir Kəlbəli oğlu Abbasov idarə etdiyi "Howo" markalı yük avtomobili ilə yerüstü piyada keçidinin yaxınlığında təxminən 30-35 yaşlı kişinin üzərindən keçib. Piyada hadisə yerində dünyasını dəyişib.

 

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Müəllif | Apa.Tv
Apa.tv