Bakıda DƏHŞƏT: "Zil"in diski yerindən çıxdı, ölən var

Bakıda kişi bədbəxt hadisə nəticəsində ölüb.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Burada təkər təmiri sexlərindən birində “Zil” markalı avtomobilin təkərinin diski qəflətən yerindən çıxıb və orada usta işləyən 48 yaşlı Allahverdiyev Allahyar Feyruz oğlunun başına dəyib.

 

Nəticədə usta aldığı xəsarətlərdən yerindəcə keçinib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv