Bakıda dəhşətli qətl – ata öz oğlu tərəfindən öldürüldü

Sabunçu rayonunda qətl törədən şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, fevralın 13-də Sabunçu rayonu ərazisində 1971-ci il təvəllüdlü Şükürov Cavanşir Şakir oğlunun öz evində meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2002-ci il təvəllüdlü Cahangir Şükürlünün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Cavanşir Şükürovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

 

Cahangir Şükürlü şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv