Bakıda dəm qazı faciəsi: 12 yaşlı qız öldü

 

Bakıda 12 yaşlı qız faciəli şəkildə ölüb.

APA TV-nin məlumatına görə, hadisə Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini, 2007-ci il təvəllüdlü İsmayılova Fidan Şəmsi qızı yaşadığı evin hamam otağında dəm qazından boğulub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv