Bakıda dilimizə ilk dəfə tərcümə olunan romanın təqdimatı oldu
Bakıda portuqaldilli ədəbiyyatın Şekspiri sayılan Maşado de Assisin “Don Kasmurro” kitabının təqdimatı keçirilib.
APA TV-nin məlumatına görə, təqdimat “Libraff” kitab mağazası şəbəkəsinin Elmlər Akademiyası filialında baş tutub.
Tədbirdə Braziliyanın Azərbaycandakı səfiri iştirak edib.
Maşado de Assisin “Don Kasmurro” əsərini orijinal dildən ilk dəfə Nigar Sultanova tərcümə edib. Tərcümə TEAS Press Nəşriyyatında çap edilib.
Maşado de Assisin “Don Kasmurro” romanı ilk dəfə 1899-cu ildə işıq üzü görüb. Sadə insanların, kənardan məsum və günahsız görünən kişi və qadınların riyakar həyat tərzi əsərdə fərqli dillə, fərqli yanaşma ilə oxucuya təqdim edilir.