Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub
Bakının Nərimanov rayonunda binada yanğın baş verib.
APA TV xəbər verir ki, hadisə Gülarə Qədirbəyova küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.
Məlumata görə, evdə təmir getdiyidən mənzildə heç kəs olmayıb. İlkin ehtimallara görə, yanğın qısaqapanma səbəbindən yaranıb.
Əraziyə FHN-in Nərimanov Rayonu üzrə Dövlət Yanğından Mühafizə Xidmətinin 3 texnikası və canlı qüvvəsi cəlb olunub.
Mənzildə olan çarpayı və digər yanar konstruksiyalar yanaraq yararsız hala düşüb. Yanğın zamanı yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 100 m2 olan mənzildə yataq dəsti yanıb.
Alov söndürülüb. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb.
Yağın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.