Bakıda dumanlı havanın səbəbi - ETSN-DƏN AÇIQLAMA

"Son günlər ölkədə dekabr ayı üçün anomal hava şəraiti  müşahidə edilir və temperatur rejimi normadan 4-5 dərəcə yüksəkdir".

 

APA TV-nin məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova  bildirib.

 

O qeyd edib ki, hazırda müşahidə olunan duman gözlənilən sinoptik hadisədir, meteoroloji dumandır: "Bu duman havanın rütubətliyinin artması və temperatur inversiyası, yəni yer səthindən yuxarı qalxdıqca temperaturun azalması yerinə artması şəraitində yaranan meteoroloji hadisədir. Belə duman Abşeron yarımadasında əvvəlcə dəniz üzərində yaranır və dənizdən olan zəif kükəklərlə quruya doğru yayılır. Adətən günorta saatlarında seyrəlir, lakin qışda nisbətən uzun müddət qala bilir”.

 

Gülşad Məmmədova onu da bildirib ki, hazırda müşahidə edilən zəif  cənub-şərq küləyi sabah şimal küləyi ilə əvəz olunacaq və nəticədə duman ehtimalı azalacaq.

Ümumilikdə isə duman dekabırın 20-də səhər saatlarında da davam edəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv