Bakıda ər-arvadı avtomobili vurub – ƏR ÖLDÜ

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA Tv xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsində baş verib.

Piyada keçidindən keçən, 1963-cü il təvəllüdlü Nəriman Nərimanov və onun həyat yoldaşı  1984-cü il təvəllüdlü Nərimanova Cəmalə İsmət qızını “Mitsubishi” markalı avtomobil vurub. 

C.Nərimanova xəstəxanaya çatdırılıb. N.Nərimanov isə hadisə yerində ölüb. Avtotexniki ekspertiza təyin edilib. 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv