Bakıda evlərdən oğurluq edən şəxslər tutuldu

Bakıda ayrı-ayrı vaxtlarda evlərdən oğurluq edən şəxslər saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə daxil olan məlumata görə, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakinləri Valeh Seyidov və Mustafa Abdullayev tutulublar.

 

Araşdırma zamanı onların Xəzər rayonunun qəsəbələrində 8 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub.

 

Qeyd edək ki, Valeh Seyidov oğurluq etdiyi evlərə Mustafa Abdullayevin taksi kimi idarə etdiyi avtomobillə gedib.

 

Faktla bağlı cinayət işi başlanılıb. Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv