Bakıda gənc ana qızı ilə birlikdə YOXA ÇIXIB
Bakıda ana və qızı itkin düşüb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu General Şıxlıniski küçəsində yaşayan 32 yaşlı Zeynalova Vüsalə Saleh qızı 7 yaşlı qızı Xədicə ilə birlikdə evdən çıxaraq bir daha geri qayıtmayıb.
Onların tapılması üçün Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşları tərəfindən axtarış işləri həyata keçirilir.