Bakıda gənc oğlan 13-ci mərtəbədən yıxılaraq ölüb
Xətai rayonunda gənc oğlan binadan yıxılıb.
APA TV xəbər verir ki, hadisə “Babək Plaza”nın yaxınlığında qeydə alınıb.
2004-cü il təvəllüdlü İ.Quliyev həmin ərazidə yerləşən çoxmərtəbəli binanın 13-ci mərtəbəsindən yıxılıb və aldığı xəsarətlərdən həyatını itirib.
Ərazidə yaşayanların sözlərinə görə, mərhum binadan yıxıldıqdan bir neçə dəqiqə sonra vəfat edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Semral Cavad
Kamran Namazov
APA TV