Bakıda gizli fəaliyyət göstərən restoran aşkarlandı – MÜŞTƏRİLƏR CƏRİMƏLƏNİB
Bakıda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 8-ci mikrorayon, Azadlıq prospekti-174 ünvanında yerləşən “Pink-House” restoranının sahibi Pərviz Hüseynov və obyektin inzibatçısı Seyran Əsgərzadənin karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub.
Obyektə baxış zamanı P.Hüseynov, S.Əsgərzadə və orada olan 8 müştəri saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilib.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və inzibatçı rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 200 və 100 manat məbləğində cərimə edilib. Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların da hər biri 100 manat cərimə olunub.