Bakıda güclü külək motosikleti avtomobilə çırpıb
Güclü külək Bakıda hadisəyə səbəb olub.
APA TV-nin məlumatına görə, hadisə Salyan yolu 22 ünvanında qeydə alınıb.
Belə ki, motosikletlə hərəkətdə olan bir gənc güclü küləyin təsirindən avtomobilə çırpılıb. Hadisə nəticəsində xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.