Bakıda hərbi parada hazırlıq məşqləri keçirildi

44 günlük Vətən Müharibəsindən sonra Bakıda, Azadlıq meydanında hərbi parad keçiriləcək.

 

APA TV-nin xəbərinə görə, Qələbə münasibətilə təşkil olunan paradda Müdafiə Nazirliyinin hərbi texnikaları ilə yanaşı, düşməndən əldə olunan hərbi qənimətlərdə nümayiş olunacaq.

 

Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib ki, dekabr ayının 10-da keçiriləcək paradda müharibə zamanı düşməndən ələ keçirilən toplar, kiçik, orta və iri çaplı minaatanlar, tanklar və BMP-lər nümayiş olunacaq: “Bildiyiniz kimi, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Azərbaycan tarixində dekabr ayının 10-da əlamətdar hadisə baş verəcək. Bakı şəhərində Vətən Müharibəsində qələbə ilə əlaqədar hərbi parad keçiriləcək. Hazırda sözü gedən parada hazırlıq məşqləri davam etdirilir. Günün birinci yarısında şəxsi heyətlərin təntənəli keçidi, hərbi hava qüvvələrinin uçuşu həyata keçirildi. Əvvəlki hərbi paradlardan fərqli olaraq, Vətən Müharibəsinə həsr edilmiş hərbi paradda daha çox güvən və qürur hissi verəcək anları yaşadacaq digər elementlər də nümayiş olunacaq”.

 

Anar Eyvazov onu da qeyd edib ki, bugünkü məşq hərbi paradın sınaq mərhələsidir.

 

Xələf Xələfov

Musa Qulammirzəyev

Müəllif | Apa.Tv
Apa.tv