Bakıda hündürmərtəbəli binada baş vermiş yanğın məhdudlaşdırılıb
Bakıda hündürmərtəbəli binada yanğın baş verib.
APA Tv xəbər verir ki, hadisə Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2 ünvanında qeydə alınıb. Yanğın 18 mərtəbəli binanın 9-cu mərtəbəsindəki mənzillərin birində meydana gəlib.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın 20 kv.m. ərazini əhatə edib və 2 otaq yanıb.
Hadisə vaxtı evdə heç kimin olmadığı bildirilir.
Əraziyə yanğından mühafizə qüvvələri cəlb olunub. Bina sakinlərinin təxliyyəsinə başlanılıb.
Yanğının səbəbləri araşdırılır.