Bakıda hündürmərtəbəli binada yanğın - FHN EVDƏ TƏK QALAN UŞAĞI XİLAS ETDİ
Bakının Xətai rayonunda, hündürmərtəbəli binada yanğın baş verib.
APA TV xəbər verir ki, hadisə Babək prospektində yerləşən binanın 14-cü mərtəbəsində, 4 otaqlı mənzildə qeydə alınıb.
Mətbəxdən başlayan yanğın qısa zamanda genişlənib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 4 texnikası və canlı qüvvəsi cəlb edilib.
Hadisə zamanı evdə tək qalan uşaq əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının köməyi ilə xilas edilib. Mətbəxdəki yanan əşyalar dəhlizə çıxarılıb. Alovun qarşısı alınıb. Azyaşlı isə həkim nəzarətinə götürülüb.
Qonşuların verdiyi məlumata görə, hadisə vaxtı uşağın valideynləri evdə olmayıb.