Bakıda hündürmərtəbəli binada yanğın olub

Bakıda yaşayış binasında yanğın olub.

APA TV-nin məlumatına görə, hadisə Yasamal rayonu, Kazım Kazımzadə küçəsi-47 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsindəki mənzildə qeydə alınıb.

Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Səfərov Arzuman Mürşüd oğluna məxsus evin eyvan hissəsi 5 kvadratmetr sahədə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın Fövqəladə Hallar Nazirliyi Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğının digər otaqlara və evlərə keçməsinin qarşısı alınıb. Yanğına eyvanda işlək vəziyyətdə olan soyuducunun alışması səbəb olub.

 

 

Müəllif | Apa.Tv
Apa.tv