Bakıda İran səfirliyində yanğın - HADİSƏ YERİNDƏN

 

Bakıda İran İslam Respublikasının səfirliyinin binasında yanğın baş verib.

Səfirliyin mətbuat katibi Məmmədrza Nəcəfi bildirib ki, yanğın səfirliyin binasında təmir zamanı naqillərdəki qısaqapanma nəticəsində baş verib.

“Yanğına dərhal müdaxilə olunub. Yanğın tam olaraq söndürülüb. Cənab səfir dərhal Fövqəladə hallar Nazirliyi ilə təmasa keçib".

Hadisə zamanı xəsarət alan olmayıb.

Müəllif | Apa.Tv
Apa.tv