Bakıda iaşə obyektləri yandı – APA TV

Bakıda restoranda yanğın olub. Hadisə Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında yerləşən kafedə baş verib. İaşə obyektinin teras hissəsində anidən alovlanma baş verib.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alov qısa müddətdə söndürülüb. Hadisə zamanı təxliyə həyata keçirilməyib.

Hadisə zamanı Aygün Hacıyeva məxsus evə də ziyan dəyib. İzmir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hadisənin dəqiq baş vermə səbəbi araşdırılır.

NURLAN RAFİQOĞLU

Müəllif | Apa.Tv
Apa.tv