Bakıda idarəetmədən çıxan nəqliyyat vasitəsi avtomobillərə çırpılıb
Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
APA TV xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb.
Belə ki, “Changan” markalı avtomobili idarə edən xanım sürücü nəqliyyat vasitəsini yol kənarında dayanan “VAZ 2109” və “Chery” markalı avtomobillərə çırpıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.