Bakıda idarəetməni itirən sürücü avtomobili işıq dirəyinə vurdu

Paytaxtın Ziya Bünyadov prospektində sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

 

Belə ki, prospektlə metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkətdə olan "NİVA" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldakı arakəsmədə olan işıq dirəyinə çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü xəsarət alıb.

 

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Polis əməkdaşlarının dediyinə görə, hadisə yüksək sürət səbəbindən baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv