Bakıda iki avtomobil toqquşub - 3 NƏFƏR XƏSARƏT ALIB

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var. 

APA TV-nin məlumatına görə, hadisə Nizami rayonu, Qara Qarayev prospektində, "Lotos" Ticarət Mərkəzinin qarşısında qeydə alınıb.

Avtomobil qəzasında 3 nəfər xəsarət alıb. 

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Müəllif | Apa.Tv
Apa.tv