Bakıda iki avtomobil toqquşub
Nəsimi rayonunda yol nəqliyyat hadisəsi baş verib.
APA TV xəbər verir ki, hadisə Ceyhun Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində baş verib. Belə ki, "Mercedes" markalı avtomobil Ceyhun Hacıbəyli küçəsi ilə yüksək sürətlə hərəkət edən zaman Vaqif prospektində işıqforla tənzimlənən yol ayrıcında hərəkətdə olan "Mercedes"ə çırpılıb.
Qəza nəticəsində bir avtomobil yararsız hala düşüb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.