Bakıda iki avtomobil toqquşub

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA TV xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb. "Kia" markalı avtomobilin sürücüsü idarəetməni itirib və onun avtomobili "Mercedes" markalı digər nəqliyyat vasitəsinə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv