Bakıda iki avtomobil toqquşub
Bakınının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
APA TV xəbər verir ki, hadisə Müzəffər Həsənov küçəsində qeydə alınıb.
Belə ki, Elnur Bədəlov idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman Elvin Yaqubovun idarətməsində olan “Saipa” markalı avtomobillə ona çırpılıb.
Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparılır.