Bakıda iki avtomobil toqquşub – XƏSARƏT ALAN VAR

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı sərnişin ağır xəsarət alıb.

APA Tv xəbər verir ki, hadisə Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişdiyi dairədə baş verib.

İşıqforun qırmızı işığında "Ravon" markalı avtomobilə "Opel" markalı nəqliyyat vasitəsi çırpılıb. Nəticədə "Ravon"da olan xanım sərnişin ağır xəsarət alıb. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

Müəllif | Apa.Tv
Apa.tv