Bakıda iki avtomobil toqquşub - XƏSARƏT ALAN VAR
Nəsimi rayonunda yol qəzası zamanı sərnişin xəsarət alıb.
APA TV xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi ilə 28 may küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, Mercedes markalı avtomobil Səməd Vurğun küçəsi ilə hərəkətdə olan zaman Hyundai markalı avtomobil Mercedəsə çırpılıb. Qəza nəticəsində Mercedesdə olan sərnişin müxtəlif bədən xəsarətləri alıb.
Hadisə yerinə Yol Patrul xidmətinin əməkdaşları cəlb edilib.