Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV xəbər verir ki, hadisə Səməd Vurğun və Həsən Əliyev küçələrinin kəsişməsində qeydə alınıb.
Zaur Əliyev idarə etdiyi "Kia" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman onun avtomobili "Ford" markalı avtomobillə toqquşub. Zaur Əliyevin verdiyi məlumata görə, "Ford" işıqforun qırmızı işığında keçib. Qəza nəticəsində Z.Əliyev xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.