Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA TV xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində baş verib.
Nadir Çərkəzov idarə etdiyi “Ravon” markalı avtomobillə yüksək sürətlə “KİA” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində “Ravon”da olan xanım sərnişin xəsarət alıb. 1978-ci il təvvəllüdlü Babayeva Samirə Miryusif qızı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.