Bakıda iki avtomobil toqquşub, xəsarət alan var – APA TV

Bakının Nəsimi rayonunda yol qəzası baş verib. Hadisə Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

“BMW” markalı avtomobili idarə edən sürücü ara məsafəsi gözləmədiyi üçün nəqliyyat vasitəsini kəsişmədə olan “Hyundai” markalı maşına çırpıb. Zərbə güclü olduğundan “BMW” də olan sərnişin xəsarət alıb. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv