Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Nərimanov rayonunda iki nəqliyyat vasitəsi toqquşub.

APA Tv xəbər verir ki, hadisə Aşıq Molla Cümə və Fətəli Xan Xoyski küçələrinin kəsişməsində baş verib.

“Mercedes” markalı avtomobil Fətəli Xan Xoyski küçəsi ilə hərəkətdə olan zaman “Lada” markalı nəqliyyat vasitəsi əks istiqamətli yolda gələrkən “Mercedes”ə çırpılıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Avtomobillər isə deformasiyaya uğrayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, “Lada” markalı avtomobilin sürücüsü sərxoş vəziyyətdə olub.

Müəllif | Apa.Tv
Apa.tv