Bakıda iki bacı dəm qazından boğularaq öldü

Bakıda iki bacı dəm qazından boğularaq ölüb.

 

APA TV-nin məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə Prospektində yerləşən 34 nömrəli binanın 4 nömrəli mənzilində qeydə alınıb.

 

Həmin mənzildə kirayə yaşayan 1992-ci il təvəllüdlü Aygün Mustafazadə və onun bacısı 1993-cü il təvəllüdlü Aytən Mustafazadə dəm qazından zəhərlənərək ölüblər.

 

Araşdırmalar zamanı məlum olub ki, bacılar Qax rayonundan gələrək Bakıda yerləşən şirkətlərin birində reklam agenti işləyiblər.

 

Qeyd edilir ki, Aytən və Aygün dəm qazından zəhərlənib ölən günü səhər saatlarında onların nənələri də kənddə dünyasını dəyişibmiş.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv