Bakıda iki “Kia” toqquşdu - SÜRÜCÜ XƏSARƏT ALDI

Paytaxtın Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV xəbər verir ki, hadisə Rəsul Rza və Dilarə Əliyeva küçələrinin kəsişməsində qeydə alınıb.

 

Belə ki, Zaur Həsənovun idarə etdiyi "Kia Cerato" markalı nəqliyyat vasitəsi Rəsul Rza küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində "Kia Rio" markalı avtomobilə çırpılıb.

 

Qəza nəticəsində "Kia Rio"nun sürücüsü Mirsəttar Əsədov ağır xəsarət alıb. O, təcili tibbi yardım xidməti vasitəsilə 1 saylı Xəstəxanaya yerləşdirilib.

 

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv