Bakıda iki minik maşını toqquşub – XƏSARƏT ALANLAR VAR
Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV xəbər verir ki, hadisə Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb.
Kənan Cəfərovun idarə etdiyi “Chevrolet” markalı nəqliyyat vasitəsi “Lexus” markalı avtomobillə toqquşub.
Kənan Cəfərov bildirib ki, işıqforun qırmızı işığını görmədiyindən hərəkəti davam etdirib və "Lexus"a çırpılıb.
Hadisə nəticəsində K.Cəfərovun avtomobilində olan sərnişin ağır vəziyyətdə, özü isə müxtəlif bədən xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.