Bakıda intihara cəhd edən qadın xilas edildi

Bakıda intihara cəhd edən qadın xilas edilib.

 

APA TV-nin xəbərinə görə, hadisə Nərimanov rayonu, Həsən Əliyev küçəsində qeydə alınıb.

 

Naməlum qadın tunelə çıxaraq, özünü atmaqla intihar edəcəyini bildirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

 

Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin  intihara cəhd etməsi barədə məlumat daxil olub. Metronun “Gənclik” stansiyası yaxınlığındakı körpünün üstünə çıxaraq intihar edəcəyini deyən şəxsin cəhdinin qarşısını polis alıb.

Müəllif | Apa.Tv
Apa.tv