Bakıda intihara cəhd edən şəxs belə xilas edildi - HADİSƏ YERİNDƏN

 

Bakıda intihara cəhdin qarşısı alınıb.

Bu barədə APA TV-yə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

Paytaxtın Yasamal rayonu ərazisində, 20 Yanvar” metrostansiyasının yaxınlığında 1 nəfər körpünün üzərinə çıxıb boynuna ip dolayaraq intihar etmək istəyini nümayiş etdirib.

 

Dərhal əraziyə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin səyi nəticəsində intiharın qarşısı alınıb.

Müəllif | Apa.Tv
Apa.tv