Bakıda iş adamlarına yeni şans yaradan sərgi açıldı

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin tərəfdaşlığı, “AGRO TV Azərbaycan”ın və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə “Agro Business Forum Azerbaijan–2023” forum-sərgisinin rəsmi açılış mərasimi baş tutub.

Forumun rəsmi açılış hissəsində Azərbaycanın Kənd təsərrüfatı nazirinin müavin Elçin Zeynalov, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, “Agro Tv Turkiyə &Azerbaijan”ın rəhbəri Doğan Başaran, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Sərginin keçirilməsində əsas məqsəd kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satış imkanlarının artırılması, Azərbaycan və Türkiyə KOB Subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də xidmət və məhsullarının tanıtdırılmasıdır.

Forumun sərgi hissəsində aqrar sahədə fəaliyyət göstərən 45-dən artıq yerli və xarici şirkət öz  məhsullarını nümayiş etdiriblər. Forum-sərgidə Azərbaycan, Türkiyə, İsrail, Rusiya, Almaniya, Fransa, Pakistan, Özbəkistan, Qazaxıstan, Macarıstan kimi ölkələrdən gələn 100-dən çox iş adamı, ümumilikdə 600-dən çox ziyarətçi iştirak edib.

Müəllif | Apa.Tv
Apa.tv