Bakıda işıqforun işləməməsi qəzaya səbəb olub, xəsarət alanlar var
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.
APA TV xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.
“Mercedes” markalı yük avtomobilinin sürücüsü Vidadi Hüseynov işıqforun qırmızı işığında dayanıb. Vüqar Abdullayev idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsilə yük maşınına çırpılıb.
Hadisə nəticəsində minik avtomobilində olan 3 qadın xəsarət alıb. Hər iki sürücü bildirib ki, hadisə vaxtı yolun sağ tərəfində işıqfor işlək vəziyyətdə olmayıb.
Faktla bağlı araşdırma aparılır.